“Ronaldoya yazığım gəlir”  – Keçmiş komanda yoldaşı
22 dekabr 2022 13:15 (UTC +04:00)

“Ronaldoya yazığım gəlir” – Keçmiş komanda yoldaşı

Kriştiano Ronaldonun "Yuventus"dakı keçmiş komanda yoldaşı Federiko Bernardeski portuqaliyalı hücumçu ətrafında baş verən son hadisələrə münasibətindən danışıb.

“Ronaldoya yazığım gəlir. O, karyerasını başqa cür bitirməyə layiq idi. Bu, tarixin ən yaxşı üç oyunçusundan biridir.

Ona yazığım gəlir, ilk növbədə, insan nöqteyi-nəzərindən. Onun səviyyəsində olan futbolçu nə vaxt lazım olduğunu görüb getməlidir. Ancaq vaxtınızın bitdiyini bilmək üçün kifayət qədər ağıllı olmalısınız”, - italiyalı yarımmüdafiəçi deyib.

Xatırladaq ki, 2022-ci il dünya çempionatı başlamazdan əvvəl Ronaldo "Mançester Yunayted"lə müqaviləsini ləğv etmişdi və buna səbəb futbolçunun qalmaqallı müsahibəsi olub və o, komandanın baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirib. Bundan əlavə, hücumçu rəhbərliyi xəyanətdə ittiham edib.

Nəhayət, dünya çempionatı zamanı Ronaldo Portuqaliya millisinin start heyətində yerini itirib və komandası 1/8 finaldan sonra mundialda mübarizəni dayandırıb.

Mətbuatın yazdığına görə, 37 yaşlı hücumçuya  Avropadan bir təklif yoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Oxşar yazılar