Ronaldodan  “Real” azarkeşlərinə   Mbappe ilə bağlı  ÇAĞIRIŞ
03 fevral 2025 16:52 (UTC +04:00)

Ronaldodan “Real” azarkeşlərinə Mbappe ilə bağlı ÇAĞIRIŞ

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "Real"ın hücumçusu Kilian Mbappe haqda danışıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu fonda portuqaliyalı "Kral llubu"nun azarkeşlərinə müraciət edərək, onlardan fransalının qayğısına qalmalarını istəyib.

"Mbappenin qayğısına qalın! İndi "Real" azarkeşlərinə müraciət edirəm. Bu gəncin qayğısına qalın. Kilian çox yaxşı futbolçudur və "Real" ona kömək etməli və onu qorumalıdır.

Mbappenin Madrid klubunun azarkeşlərinə çoxlu xoşbəxtlik gətirəcəyinə şübhəm yoxdur. Mən özüm Mbappeni çox sevirəm və təkcə gəncliyində məni çox sevdiyi və onun kumiri olduğum hekayəsinə görə yox. Mən Mbappeni həqiqətən də böyük oyunçu kimi görürəm”, - Ronaldo vurğulayıb.

Kilian Mbappe 2024-cü il iyulun 1-də “Real”ın futbolçusu olub. Onun ispan klubu ilə müqaviləsi 2028/2029 mövsümünün sonuna kimidir. Bu mövsüm hücumçu bütün turnirlərdə 44 oyunda 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kriştiano Ronaldonun özü 2009-2018-ci illərdə "Real"da çıxış edib. Portuqaliyalı “Kral klubu”nun 4 dəfə Çempionlar Liqasını qazanmasına kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar

Dünyanın ən çox  maaş alan   hücumçuları – SİYAHI

Dünyanın ən çox maaş alan hücumçuları – SİYAHI

3 fevral 2025 , 13:05
“Qalatasaray”dan  “Roma”ya   gedir

“Qalatasaray”dan “Roma”ya gedir

3 fevral 2025 , 11:35
Mariya Stadnik karyerasını bitirdi

Mariya Stadnik karyerasını bitirdi

2 fevral 2025 , 23:44
“Milan derbisi”ndə  2 qol

“Milan derbisi”ndə 2 qol

2 fevral 2025 , 23:12
“Fənərbaxça” çətinliklə  “Rizəspor”u məğlub etdi

“Fənərbaxça” çətinliklə “Rizəspor”u məğlub etdi

2 fevral 2025 , 22:41
"Arsenal" "Mançester Siti"ni darmadağın etdi

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi

2 fevral 2025 , 22:23
"Zirə" öz meydanında "Qarabağ"ı məğlub etdi

"Zirə" öz meydanında "Qarabağ"ı məğlub etdi

2 fevral 2025 , 21:23
Neymar karyerasının  son illərindəki   hədəfini AÇIQLADI

Neymar karyerasının son illərindəki hədəfini AÇIQLADI

2 fevral 2025 , 17:12