Нападающий сборной Португалии Криштиану Роналду не намерен завершать карьеру в сборной, сообщают португальские СМИ.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millidəki karyerasını bitirmək niyyətində deyil.
Lent.az bildirir ki, bu barədə Portuqaliya mətbuatı xəbər verir.
Mənbənin sözlərinə görə, futbolçu komandada çıxışını davam etdirmək və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında oynamaq istəyir. Amma Ronaldonun gələcəyi baş məşqçi Fernando Santoşun gələcəyi ilə bağlıdır və o, qovula bilər.
"Roma"nın baş məşqçisi Joze Mourinyonun bu posta gətiriləcəyi bildirilir.
Mənbələr həmçinin deyirlər ki, Ronaldo “Mançester Yunayted”dəki qeyri-müntəzəm oyununu əsas gətirərək ən yaxşı formada olmadığını etiraf edib.
Ronaldo Qətərdə milli komandanın heyətində 5 oyunda iştirak edib, iki dəfə əvəzedici kimi meydana çıxıb və bir qol vurub. Portuqaliya millisi 1/4 finalda Mərakeş komandasına uduzub - 0:1.