Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”in heyətində rəsmi oyununda ilk pokerini edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, 37 yaşlı futbolçunun komandasının "Əl-Vehda" ilə qarşılaşdığı Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunun görüşündə baş verib.
“Əl-Nəsr”in kapitanı ilk qolu 21-ci dəqiqədə vurub, ardınca 40 və 51-ci dəqiqələrdə fərqlənib. Hücumçu 61-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.
hücumçu sonuncu dəfə 2019-cu il sentyabrın 10-da poker edib. O zaman Ronaldo Portuqaliya millisinin heyətində Litva ilə görüşdə (5:1) fərqlənib.
Ronaldo “Əl-Nəsr”in heyətində debüt qolunu keçən turda “Əl-Fateh”lə oyunda vurub.
Ronaldo 2022-ci il dekabrın 30-da “Əl Nəsr”ə keçib. Portuqaliyalı ilə müqavilə iki illikdir. Klubda futbolçunun maaşı bonuslarla birlikdə illik 200 milyon avro təşkil edir. Bu, hücumçunu dünyanın ən çox maaş alan idmançısı edir.