Ronaldo nə vaxt futboldan gedəcəyini AÇIQLADI
23 sentyabr 2023 13:12 (UTC +04:00)

Ronaldo nə vaxt futboldan gedəcəyini AÇIQLADI

Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasının 38 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo hesab edir ki, futbolçu karyerasından imtina etmək hələ tezdir.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu yalnız səhhəti ilə əlaqədar karyerasını bitirəcəyini deyib:

“Deyirlər ki, futboldan imtina edə bilərsən... Bu doğru deyil. Ayaqlarım bəsdir deməyincə, oynamağa davam edəcəm.

Mənə hələ çox var. Hələ də futbolu, qol vurmağı və qalib olmağı sevirəm. Sübut edirəm ki, məndən imtina etmək üçün hələ tezdir”.

Qeyd edək ki, sentyabrın 22-də Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunun “Əl-Nəsr” – “Əl-Əhli” görüşü keçirilib və bu görüşdə Ronaldonun komandası rəqibini 4:3 hesabı ilə məğlub edib. 38 yaşlı portuqaliyalı dubla imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4536
avatar

Oxşar yazılar