“Mançester Yunayted”in 36 yaşlı hücumçusu portuqaliyalı Kriştiano Ronaldonun anası Doloreş Aveyro oğlunun karyerasını bitirməyi planlaşdırdığını deyib.
“Kriştianodan futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq istəyib-istəmədiyini soruşdum. Cavab verdi ki, həyatdan həzz almaq istəyir. Oğlum 40 yaşına kimi oynayacaq”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, anası deyib.
Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.