Ronaldo ərəb çempionatının "bahalı klubu"na  salmadılar
16 dekabr 2023 16:33 (UTC +04:00)

Ronaldo ərəb çempionatının "bahalı klubu"na salmadılar

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının ən bahalı futbolçularından ibarət komandadan kənarda qalıb. Siyahını Transfermarkt portalı hazırlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bahalı hücumçular siyahısında dəyəri 45 milyon avro olaraq qiymətləndirilən “Əl-Hilal”dan Neymar və onun komanda yoldaşı Aleksandar Mitrovic (28 milyon) olub.

Otavio (“Əl-Nasr”, 30 milyon), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”, 35 milyon) və Malkom (“Əl-Hilal”, 30 milyon) simvolik komandaya hücumameyilli yarımmüdafiəçi kimi yer alıb. 38 yaşlı Ronaldonun dəyəri 15 milyon qiymətləndirilir.

Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 15 oyun keçirib. Forvard 16 qol vurub və 8 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6408
avatar

Oxşar yazılar