“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Ərəb kubokunun finalında "Əl-Hilal"la oyunun (2:1) ən yaxşı oyunçusu kimi tanınmadığı üçün əsəbiləşib.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, “Əl-Nəsr” Ronaldonun dublu sayəsində fəxri kuboku qazanıb, lakin portuqaliyalının özü turnirin bombardiri adı üçün yalnız “Qızıl buts” alıb.
Finalın ən yaxşı oyunçusu “Əl-Hilal”ın yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç olub. Mükafatlandırma mərasimi zamanı Ronaldo turnirin təşkilatçılarına müraciət edərək, finalda iki qol vurduğuna işarə edib.