“Real Madrid”in fransız hücumçusu Kərim Benzemanın şəxsi məşqçisi Xavyer Atalaya futbolçunun İspaniya çempionatının 20-ci turunda “Malyorka” ilə oyununda aldığı zədəsini şərh edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, o, Benzemanın ağır məşqlər keçirdiyini dilə gətirib:
“Biz Benzema üçün narahat deyilik, çünki bu ciddi zədə deyil. Fransa yığması 2022-ci il dünya çempionatından öncə səhvə yol verib. Zədədən təzəcə qayıdan və 8 saatlıq yoldan sonra idman zalında 100 faiz məşq edən oyunçunu meydana buraxmamalı idi. Hətta Ronaldo Benzemanın keçirdiyi məşqə dözə bilməyib”.
Benzema bu mövsüm liqada 12 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Benzemanın bazar dəyəri 35 milyon avrodur.