Ronaldo “Barselona”ya gəlir?
05 iyul 2022 11:49 (UTC +04:00)

Ronaldo “Barselona”ya gəlir?

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun agenti  Xorxe Mendeş "Barselona"nın rəhbərliyi ilə görüşüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kataloniya klubunun rəhbəri Joan Laporta maraqlarını Mendeşin təmsil etdiyi bir sıra futbolçularla maraqlanıb. Xüsusilə, 37 yaşlı futbolçunun mümkün transferi məsələsini müzakirə ediblər.

Daha əvvəl İtaliya çempionatının təmsilçiləri "Roma" və "Napoli"nin Ronaldonu hədəf seçdiyi bildirilirdi. Həmçinin, transferə Londonun "Çelsi"si də maraq göstərib.

İyulun 2-də Ronaldonun "qırmızı şeytanlar" rəhbərliyindən yaxşı təklif alınacağı təqdirdə onu satmağı xahiş etdiyi qeyd edilib. Futbolçu karyerasının sonuna kimi Çempionlar Liqasında oynaya biləcəyinə ümid edirdi, lakin “Mançester Yunayted” İngiltərə Premyer Liqasında ötən mövsümün sonunda turnirdə iştirakını təmin edə bilməyib.

Ronaldo İspaniya çempionatında oynayıb, “Real”ın şərəfini qoruyub. O, 450 qolla klub tarixinin bombardiri olub.
 

# 1134
avatar

Oxşar yazılar