Kriştiano Ronaldo, Portuqaliya millisinin kapitanı
16 iyun 2021 10:35 (UTC +04:00)

Kriştiano Ronaldo, Portuqaliya millisinin kapitanı

Ronaldo 20 milyona “yox” dedi

AVRO-2020-yə Macarıstana qarşı dublla start götürən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dərhal transfer təklifi alıb.

Apasport.az saytının məlumatına görə, sabiq klubu “Mançester Yunayted” yenidən 36 yaşlı forvardı qaytarmaq fikrinə düşüb.

“Qırmızı şeytanlar” “Yuventus”un qolçusuna illik 20 milyon avro maaş təklif edib. Lakin “qoca sinyora”da gələcək taleyi qeyri-müəyyən olan superulduz dərhal təklifi rədd edib. O, “Mançester Yunayted”də yox, PSJ-də oynamaq arzusundadır.

Qeyd edək ki, Ronaldonun “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir. O, Turin klubunda ilinə 32 milyon avro qazanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar