Rəşad Sadıqov
30 dekabr 2021 08:04 (UTC +04:00)

Rəşad Sadıqov

Rəşad Sadıqov Kriştiano Ronaldo ilə eyni siyahıda

Avropa ölkələrinin milli komandalarında ən çox kapitan olan futbolçuların siyahısı açıqlanıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, cədvələ ən azı 75 matçda kapitan kimi meydana çıxanlar yer alıb.

Siyahıya ümumilikdə Avropanın 16 kapitanı düşüb. Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadıqov da bu oyunçular sırasındadır.

Millimizi 78 dəfə görüşə kapitan kimi çıxaran sabiq “14 nömrə” Avropada da 14-cü yerə şərikdir. O, SSRİ və Ukrayna millilərində ümumilikdə 78 dəfə kapitanlıq edən Oleq Lujnı ilə eyni göstəriciyə malikdir.

Siyahıya isə Kriştiano Ronaldo başçılıq edir. O, 127 matçda Portuqaliyanın kapitanı olub. Ferens Puşkaş ikinci, Huqo Loris üçüncüdür. Bu üç oyunçudan başqa İker Kasilyas da “100”ü arxada qoyub.

Avropada 75 və daha çox oyunda millisinin kapitanı olanlar
1. Kriştiano Ronaldo (Portuqaliya) - 127
2. Ferens Puşkaş (Macarıstan, İspaniya) - 116
3. Huqo Loris (Fransa) -    112
4. İker Kasilyas (İspaniya) -    104
5. Zvonimir Boban (Yuqoslaviya, Xorvatiya) - 96
6. Torbyorn Svenssen (Norveç) -    93
7. Byorn Nordqvist (İsveç) - 92
8-9. Bobbi Mur (İngiltərə) -    90
8-9. Billi Rayt (İngiltərə) - 90
10. Vitali Astafyevs (Latviya) -    87
11. Viktor Onopko (Rusiya) - 86
12. Canluici Buffon (İtaliya) - 80
13. Fabio Kannavaro (İtaliya) -    79
14-15. Oleq Lujnl (SSRİ, Ukrayna) -    78
14-15. Rəşad Sadıqov (Azərbaycan) - 78
16. Stiv Devis (Şimali İrlandiya) - 76

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar