“Real”ın stadionunda Mbappenin  şəkli olan şərflər   satılır
26 fevral 2024 15:43 (UTC +04:00)

“Real”ın stadionunda Mbappenin şəkli olan şərflər satılır

Hücumçu Kilian Mbappe 2023/24 mövsümünün sonuna kimi PSJ-də çıxış edəcək, bundan sonra başqa kluba keçəcəyi gözlənilir.

Lent.az xarici mediaya istinadən bildirir ki, şayiələrə görə, fransalı futbolçunun özü artıq PSJ rəhbərliyinə müqaviləni yeniləməmək və 2024-cü ilin yayında klubdan ayrılacağı barədə məlumat verib.

Mbappenin uşaqlıqda azarkeşi olduğu “Real”da karyerasını davam etdirəcəyi gözlənilir, lakin futbolçunun yeni klubu rəsmən sonra məlum olacaq. 

Bununla belə, Mbappenin şəkli olan şərfləri artıq “Real”ın “Santiago Bernabeu” stadionunda satışda görmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4323
avatar

Oxşar yazılar