"Real"ın bütün penaltilərini  o, vuracaq
07 avqust 2024 09:35 (UTC +04:00)

"Real"ın bütün penaltilərini o, vuracaq

İtaliyalı mütəxəssis Karlo Ançelottinin rəhbərlik etdiyi "Real Madrid"in məşqçilər korpusu komandanın qarşıdan gələn mövsüm üçün adi penalti oyunçusu ilə bağlı qərar qəbul edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeni mövsümdə "Real Madrid"in əsas penalti oyunçusu braziliyalı hücumçu Vinisius Junior olacaq.

Xatırladaq ki, ötən mövsüm Vinisius bütün turnirlərdə 39 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

2023/2024 mövsümünün sonunda "Real" İspaniya çempionatı, İspaniya Superkuboku və Çempionlar Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15252
avatar

Oxşar yazılar