"Real"ın braziliyalı lideri yeni müqavilə imzalamağa  razılaşdı
24 noyabr 2025 19:23 (UTC +04:00)

"Real"ın braziliyalı lideri yeni müqavilə imzalamağa razılaşdı

0

"Real"ın ulduzu Vinisius yeni müqavilə imzalayaraq karyerasını Madrid klubunda davam etdirmək istəyini təsdiqləyib.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, "Real"ın ulduz cinah oyunçusu Vinisius klubla müqaviləsini uzatmaq istəyir.

Məlumata görə, 25 yaşlı braziliyalı futbolçu Vinisiusun hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər olduğundan "Real"la müqaviləsini uzatmağı planlaşdırır.

İspaniya klubunun rəhbərliyi oyunçunu komandanın əsas üzvü hesab edir və yeni müqavilə ilə də maraqlanır. Artıq iki tərəf arasında müzakirələr başlayıb.

Bu mövsüm Vinisius bütün turnirlərdə 16 oyun keçirib, beş qol vurub və dörd məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar