“Real”ın Marko Asensio ilə bağlı planları bəlli olub.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, İspaniya klubu yarımmüdafiəçi ilə müqaviləni uzadacaq.
Madrid təmsilçisinin rəhbərliyi bunun DÇ-2022-nin startına qədər gerçəkləşməsini istəyir. 26 yaşlı futbolçuya 2,5 illik anlaşma təklif olunacaq.
Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Marko cari mövsümün 14 matçında 3 qol və 2 assistə imza atıb.