"Real" yeni müdafiəçi  alır
12 oktyabr 2024 19:10 (UTC +04:00)

"Real" yeni müdafiəçi alır

“Real Madrid” ciddi zədə alan və mövsümün qalan hissəsini buraxacaq 32 yaşlı sağ cinah müdafiəçisi Daniel Karvahalın əvəzinə yeni oyunçu axtarır.

Lent.az xarici mediaya istinadla bildirir ki, kral klubu onun yerinə “Yuventus”un 24 yaşlı müdafiəçisi Andrea Kambiasonu almaq istəyir.

Məlumata görə, “Real” hələ Karvahal zədələnməmişdən italyan futbolçunu izləməyə başlayıb.

Bu mövsüm Kambiaso bütün yarışlarda doqquz oyunda iştirak edib. Bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar