İspaniya çempionatı klublarının 2021/22 mövsümündə televiziya hüquqlarının satışından əldə etdiyi gəlir açıqlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 20 klubun ümumi gəliri 1,43 milyard avro təşkil edib və artıq La Liqa bunu ödəyib.
Televiziya hüququndan ən çox qazanan “Real” olub - 160,85 milyon avro. Bu göstərici üzrə ikinci yerdə “Barselona” qərarlaşıb - 160,13 milyon. İlk üçlüyü “Atletiko” qapayır - 130,31 milyon.
La Liqada ən az qazanan “Rayo Valyekano”dur - 45,86 milyon avro.
Qeyd edək ki, “Real” və “Barselona” 2020/21 mövsümündən az qazanıb: Madridlilər üçün bu məbləğ 163 milyon, kataloniyalılar üçün 165,6 milyon olub.
2016/17 mövsümü ilə müqayisədə bütövlükdə La Liqanın gəlirləri 15, Premyer Liqanın gəlirləri isə cəmi 5 faiz artıb.