“Real Madrid” onu "Əl-Nəsr"dən almaq istəyir
25 iyul 2024 13:55 (UTC +04:00)

“Real Madrid” onu "Əl-Nəsr"dən almaq istəyir

“Real Madrid” “Əl-Nəsr”in və İspaniya millisinin müdafiəçisi Aymerik Laporteni transfer etmək istəyir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Kral klubu” “Lill”in gənc futbolçusu Leni Yoronu almaq yarışında “Mançester Yunayted”ə uduzduqdan sonra Laporteni pulsuz almağa çalışır.

Məlumata görə, “Əl-Nəsr” Laportanı satmağa hazırdır, lakin onun üçün xərclənən ən azı 27 milyon avronu almaq istəyir. Futbolçunun özü də bu transferdə çox maraqlıdır və transfer xatirinə Səudiyyə klubu ilə müqaviləni pozmağa hazırdır.

Laporte son Avropa çempionatında İspaniya millisinin heyətində altı oyun keçirib və finalda İngiltərə millisinə qalib gələrək turnirin qalibi olub.

Xatırladaq ki, Aymerik Laport 2023-cü ildə “Mançester Siti”dən Səudiyyə Ərəbistanı klubuna keçib. Ötən mövsüm futbolçu bütün turnirlərdə klubun heyətində 40 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar