Qvardiola yalnız bu halda "Mançester Siti"dən gedəcək
21 may 2025 12:06 (UTC +04:00)

Qvardiola yalnız bu halda "Mançester Siti"dən gedəcək

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola hansı şərtlə İngiltərə klubunu tərk edə biləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, mütəxəssis ehtiyatda çox oyunçu saxlamaq istəmədiyini deyib:

"Klub rəhbərliyinə dedim ki, böyük heyət istəmirəm. Beş-altı oyunçunu tribunada buraxmaq istəmirəm, buna ehtiyac yoxdur. Kompakt komanda yaratmasalar, qalmayacağam. Tribunada çoxlu sayda oyunçu qoyub onları oynamağa qoymamaq mənim ruhum üçün mümkün deyil".

“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncüdür. Xose Qvardiolanın komandası 37 oyundan 68 xala malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar