“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Ferran Torresin komandadan ayrılmağa yaxın olduğunu açıqlayıb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, ispaniyalı mütəxəssis həmyerlisinin “Barselona”ya keçmək variantının real olduğunu təsdiqləyib.
O, milli üzvünün keçidi ilə bağlı danışıqların davam etdiyini söyləyib: “Yanvarda hücumçu almayacağıq. Ferran Torres və “Barselona”? Hələlik rəsmi məlumat yoxdur. Bilirəm ki, danışıqlar gedir və tərəflər razılığa yaxındırlar, bu qədər. Klub rəsmi açıqlama verəndə hər şey məlum olacaq”.
Qeyd edək ki, daha əvvəl 21 yaşlı forvardın 55 milyon avroya “Barselona”ya keçəcəyi bildirilirdi.