Qvardiola Premyer Liqanın beş əvəzetmədən imtina etdiyi yeganə ölkə olmasından narazıdır. Bununla belə, o, Premyer Liqada Boxing Day ənənəsinə qarşı çıxmır, lakin onun fikrincə, təqvimi tamamilə dəyişdirmək lazımdır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Mançester Siti” dekabrın 26-dan yanvarın 1-dək üç Premyer Liqa, sonra isə yanvarın 7-də İngiltərə Kuboku oyunu keçirəcək.
“Əgər futbolçular və məşqçilər razılığa gəlib tətilə çıxa bilsələr... Sözlərlə problemi həll etməl olmaz. UEFA, FİFA, Premyer Liqa, TV yayımçıları – hamı üçün biznes hamı oyunçuların rifahından daha vacibdir.
Bəlkə də insanların diqqətini cəlb etmək üçün tətilə ehtiyacımız var. Amma bunun bu həddə çatacağını düşünmürəm”, - Qvardiola “Manchester Evening News”a müsahibəsində vurğulayıb.
Qeyd edək ki, İngiltərə futbolunda müxtəlif ifadələrlə bağlı çox sərt qaydalar var. Qvardiola yalnız tətil ideyasına görə cəzalandırıla bilər.