Pep Qvardiolanın “Nyukasl”la oyun öncəsi mətbuat konfransı ləğv edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı “Mançester Siti” rəhbərliyi verib.
İspaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının XVIII turunun matçı ərəfəsində təşkil olunacaq tədbirdə iştirak edə bilməyəcək. Buna 50 yaşlı çalışdırıcıda koronavirus şübhəsi səbəb olub.
Onun testi şübhəli nəticə verib. Təkrar test verən Qvardiola bunun nəticəsini gözləyir.