Qurban Qurbanov xaricdən yeni təklif alıb - Özü açıqladı
26 dekabr 2022 09:32 (UTC +04:00)

Qurban Qurbanov xaricdən yeni təklif alıb - Özü açıqladı

“Desəm ki, bu gün xaricdə işləmək istəyirəm, ya istəmirəm… Məncə, insanların da fikrini yayındırmamaq lazımdır”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Ağdam klubunun çalışdırıcısı son vaxtlar xarici klublardan dəvət alıb-almaması haqda suala cavab olaraq bildirib: “Ümumiyyətlə, belə təklif, fikir olanda yoluna qoyulur. Son vaxtlar bəzi zənglər var. Amma “Qarabağ” bizimdir. İstəyirik, nə qədər gücümüz, nəfəsimiz var, burda nələrsə edək”.

Qurbanov konkret ölkə və klub adı çəkməsə də, həmin təkliflərin Azərbaycana yaxın ölkələrdən olduğunu deyib (qol.az).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar