Payge Spiranaç, qolfçu
24 fevral 2021 09:02 (UTC +04:00)

Payge Spiranaç, qolfçu

“Qısa ətək daha rahatdır” - dünyanın ən cazibədar qolfçusu

Dünyanın ən cəlbedici qolfçusu hesab edilən Payge Spiranaç açıq-saçıq geyiminə görə tənqid obyektinə çevrilib.

Apasport.az saytının məlumatına görə, amerikalı idmançının buna reaksiyası çox gecikməyib.

Etirafları və şəkilləri ilə tez-tez gündəmə gələn 28 yaşlı qolfçu yarışlar zamanı şort geyinməyi üstün tutduğunu söyləyib: “Şalvar geyinməkdən xoşum gəlmir. Şort və qısa ətək daha rahatdır”.

Maraqlıdır ki, modellik də edən Spiranaçın sosial şəbəkədəki qazancının əfsanəvi qolfçu Tayger Vudsdan çox olduğunu iddia edənlər var. Onun ən böyük gəlir yeri 3 milyondan çox izləyicisi olan instaqram hesabıdır. Araşdırmalara görə, onun hər paylaşımı 14 min dollardan çox gəlirə bərabər olur. Halbuki Vudsin instaqramdakı bir paylaşımı ona 11 min 646 dollar qazandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar