Qətərdə keçirilən dünya çempionatının oyunlarını 3 milyon 404 min 252 nəfər izləyib.
Lent.az bildirir ki, bu barədə FİFA-nın məlumat yayıb.
Bu nəticə tarixdə üçüncü olub. Stadionlara daha çox azarkeş yalnız 1994-cü ildə ABŞ-da (3.568.567 nəfər) və 2014-cü ildə Braziliyada (3.441.450) gəlib.
Xatırladaq ki, dekabrın 18-də Qətərdə keçirilən dünya çempionatının finalında Argentina millisi Fransaya penaltilər seriyasında qalib gəlib - 4:2, əlavə vaxt 3:3 hesabı ilə başa çatıb. Qarşılaşmaya 88966 azarkeş qatılıb.