Cennaro Qattuzo, “Fiorentina” baş məşqçisi
17 iyun 2021 09:27 (UTC +04:00)

Cennaro Qattuzo, “Fiorentina” baş məşqçisi

Qattuzo istefa verir – debüt etmədən

“Fiorentina” baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis yenicə anlaşdığı Florensiya klubunu debüt etmədən tərk edəcək.

43 yaşlı mütəxəssis transfer məsələlərində rəhbərliklə fikir ayrılığına düşüb və bunun istefaya səbəb olacağı bildirilir. A seriyası təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

Qeyd edək ki, Cennaro Qattuzo “Fiorentina”ya mayın 25-də baş məşqçi təyin olunub və iyulun 1-dən müqaviləsi qüvvəyə minməlidir.

# 1353
avatar

Oxşar yazılar