Azərbaycan Premyer Liqasının XVI turunun “Qarabağ” – “Sumqayıt” oyunu təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə fevralın 17-də və 24-də keçiriləcək oyunları nəzərə alaraq, quruma müraciət edib. “Qarabağ” bu görüşlərə daha yaxşı hazırlaşmaq məqsədilə “Sumqayıt”la fevralın 20-dəki görüşün təxirə salınmasını istəyib.
Bunu müsbət cavablandıran PFL “Sumqayıt”ın da razılığını rəhbər tutaraq, matçın mayın 12-nə keçirilməsini qərara alıb.