“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
Lent.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Kopenhagen”i qəbul edib.
Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 28-ci dəqiqədə A. Zubir və 83-cü dəqiqədə E. Addai vurub.
Qeyd edək ki, “Qarabağ” birinci turda səfərdə “Benfika”ya qalib gəlib - 3:2.