“Qarabağ” Türkiyədə 5 oyun keçirəcək
20 dekabr 2021 18:38 (UTC +04:00)

“Qarabağ” Türkiyədə 5 oyun keçirəcək

Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə keçəcək “Qarabağ” qardaş ölkədə 5 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bu barədə apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, yanvarın 14-də Rumıniya klubu “Qaz Metan”la üz-üzə gələcək komanda ayın 21-də və 25-də Polşa yüksək liqa təmsilçiləri ilə qarşılaşacaq. Premyer Liqanın lideri əvvəlcə Vrotslav “Şlensk”i, daha sonra isə Krakov “Visla”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Baş məşqçi Qurban Qurbanov bu üç qarşılaşmada əsas heyət üzvlərinin hazırlığını yoxlayacaq.

Ümumiyyətlə, “Qarabağ” yanvarın 21 və 25-də səhər və axşam olmaqla iki yoxlama görüşü keçirməyi planlaşdırır. Həmin günlər Qurban Qurbanov müvafiq olaraq “Baçka Topola” (Serbiya) və “Tatran”la (Slovakiya) matçda əsasən gəncləri sınaqdan keçirəcək.

Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ”ın Antalya toplanışı yanvarın 12-26-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Oxşar yazılar