Bu gün Misli Premyer Liqasında XVII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə bir matç baş tutub.
Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” Azərbaycan derbisinə çıxıb. Qış çempionluğunu təmin edən Qurban Qurbanovun yetirmələri fasiləyə daha böyük fərqlə yollanmağı bacarıb: 2:0.
Hesabı 71-ci dəqiqədə Y. Benzia açıb. H. Keyta oyunun əsas vaxtına əlavə edilən 2-ci dəqiqədə 2-ci qolu "Neftçi"nin qapısından keçirib.