Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununa çıxıb.
Lent.az xəbər verir ki, H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer” klubunu qəbul edib.
Qurban Qurbanovun komandası ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduğu Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qonaq edib. "Qarabağ" oyundan məğlub ayrılıb: 0-1