“Qarabağ” 33-cü məhsuldarlıqla 3-cü sırada
08 dekabr 2021 03:31 (UTC +04:00)

“Qarabağ” 33-cü məhsuldarlıqla 3-cü sırada

Azərbaycan Premyer Liqasının XIII turu “Qarabağ”ın “Sabah”a 5 qol vurması ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, mövsümdə ikinci dəfə bir komanda 5 dəfə fərqlənib.
5:1 hesabı ilə başa çatan “Azərsun Arena”dakı görüşə qədər buna “Qəbələ” nail olub. “Qırmızı-qaralar” “Səbail”i 5:0 hesabı ilə yenib.

Ümumiyyətlə, ölkə çempionatları tarixində 308 dəfə bir komanda oyunda “5+” qol vurub. “Qarabağ” 33-cü dəfə belə məhsuldarlıq göstərir.
Mütləq rekord “Neftçi”dədir – 52 dəfə. Bakılılardan 9 oyun geri qalan “Kəpəz” ikincidir. “Qarabağ” ilk “üçlüy”ü qapayır. 8 komanda 10 və daha çox görüşdə “5+”a nail olub.

Ən azı 10 oyunda 5+ qol vuranlar
1. “Neftçi” - 52
2. “Kəpəz” – 41
3. “Qarabağ” – 33
4-5. “Şəmkir” – 17
“Turan” – 17
6. “Bakı” – 15
7. “Xəzər” Sumqayıt – 14
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar