"Qalatasaray"ın "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq türk əsilli alman futbolçu İlkay Gündoğana etməyi planlaşdırdığı təklif məlum olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İstanbul klubunun 34 yaşlı futbolçuya 1+1 illik müqavilə təklif edəcəyi ortaya çıxıb. Futbola davam etmək istəyən İlkayın ingilis komandasından texniki heyətə daxil olmaq təklifini qəbul etmədiyi öyrənilib.
“Eurosport Almaniya”nın xəbərinə görə, İstanbul klubu mövsümün sonunda müqaviləsi bitəcək 34 yaşlı futbolçuya 1+1 illik müqavilə təklif etməyi planlaşdırır. Bundan əlavə, “Cimbom”un təcrübəli yarımmüdafiəçini yanvar ayından heyətinə qatmağa çalışdığı və indi konkret addımlar atmağa başladığı xəbərlərdə vurğulanıb.
Digər tərəfdən, Pep Qvardiolanın İlkay Gündoğana texniki heyətə qoşulmaq təklifi etdiyi, lakin təcrübəli futbolçunun futbola davam etmək üçün bu təklifi rədd etdiyi bildirilib.
İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində bütün yarışlarda 39 oyun keçirib. İlkay bu yarışlarda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 7 milyon avro olan 34 yaşlı futbolçunun İngiltərə komandası ilə mövsümün sonunda başa çatan müqaviləsi var.