“Qalatasaray”ın futbolçusu Tanquy Ndombele fast food yediyi üçün cəzalanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Çempionlar Liqasında “Bavariya” ilə oyundan (1:3) sonra gecə yarımmüdafiəçi otelə iri həcmli qamburger, kartof və kola sifariş verib. Komandanın baş məşqçisi Okan Buruk bundan xəbər tutub və futbolçunu cəzalandırmaq qərarına gəlib. Baş məşqçinin qərarına əsasən, futbolçu arıqlayana qədər oynaya bilməyəcək.
Qeyd olunur ki, futbolçunun əvvəllər artıq çəki ilə bağlı problemləri olub. Klub bazasında o, üçün xüsusi hazırlanmış yeməklər yeyib. Evdə isə qeyri-sağlam qidalanıb.
Ndombele 2023-cü il sentyabrın 4-də “Qalatasaray”a transfer olunub. O, Türkiyədə “Tottenhem”dən icarə əsasında çıxış edir. Ümumilikdə yarımmüdafiəçi “Qalatasaray”ın heyətində 7 oyun keçirib, qol vurmayıb.