"Qalatasaray" onu "Mançester Siti"dən alır
03 avqust 2024 14:44 (UTC +04:00)

"Qalatasaray" onu "Mançester Siti"dən alır

"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips "Qalatasaray"a keçə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Türkiyə klubu futbolçunun transferində maraqlıdır. "Siti"nin futbolçusu ilə "Roma", "RB Leypsiq" və "RB Salzburq"un da maraqlandığı bildirilir.

“Mançester Siti” 2022-ci ilin iyununda “Lids Yunayted”in məzunu Kalvin Fillipsi transfer edib. Müqavilə "şəhərlilər"ə 48,7 milyon avroya başa gəlib. 2024-cü ilin yanvarında Fillips icarə əsasında "Vest Hem"ə keçib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Oxşar yazılar