Meksikanın “Leon” klubunun futbolçusu Yayro Moreno karyerasını Avropada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçi iki klubun maraq dairəsindədir.
Bunlar Türkiyənin “Qalatasaray” və Portuqaliyanın “Porto” klublarıdır. Kolumbiyalı arxa xətt oyunçusu meksikalılarla müqaviləni uzatmaq istəmir. O, belə addımı Avropada oynamaq istəyi ilə izah edir.
Qeyd edək ki, Kolumbiya millisində 5 oyuna çıxan Moreno cari mövsümdə 13 matç keçirib.