Transfer çalışmalarını sürətləndirən “Qalatasaray” hücum xəttini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Halil Dərvişoğludan sonra “cim-bom” “Torino”nun forvardı Simone Zaza ilə anlaşıb.
Klublar arasında danışıqların artıq müsbət yekunlaşdığı və Zazanın mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcəyi bildirilib. “Bolonya”nın təklifini qəbul etməyən 30 yaşlı forvard özü də “cim-bom”la şəxsi müqaviləni razılaşdırıb.
Qeyd edək ki, Radamel Falkao ilə yollarını ayırmağı planlaşdıran “Qalatasaray” “Başakşəhər”dən İrfan Canı, “Monako”dan isə Henri Onyekurunu heyətinə qatmağa yaxındır.