Türkiyə Futbol Federasiyası Beşiktaş, Adana Demirspor, Sivasspor, Qalatasaray, Fənərbaxça, Hatayspor, MKE Ankaragücü ve Trabzonsporu cəzalandırıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, buna səbəb Super Liqanın dekabrın 27, 28 və 29-da baş tutan oyunlarında azarkeşlərin nalayiq və yolverilməz hərəkətləridir. Həmin pozuntlara görə, Hatayspordan başqa digərləri müvafiq qanunun 53.3-cü maddəsilə cəzalandırılıblar.
Hatayspora isə Fənərbaxça ilə oyunda təlimata əməl etmədiyi üçün xəbərdarlıq edilib.
Beləliklə, Beşiktaş, Adana Demirspor, Sivasspor, Fənərbaxça və Trabzonspor klublarının azarkeşləri növbəti ev oyununa bilet ala bilməyəcəklər. Həmçinin bununla yanaşı Adana Demirspor və Trabzonspor 100 min, Qalatasaray və MKE Ankaragücü isə 56 min lirə məbləğində cərimə edilib.