Türkiyə Super Liqasının son turunda keçirilən “Qalatasaray” – “Yeni Malatyaspor” oyununu izləyən azarkeşlərdən biri vəfat edib.
Apasport.az saytının məlumatına görə, Aydında qarşılaşmanı televiziyadan izləyən Muharrem Günay anidən infarkt keçirib.
Dostları dərhal onun evinə təcili tibbi yardım çağırıblar. 35 yaşlı “Qalatasaray” azarkeşi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, “Qalatasaray” 3:1 hesablı qələbə qazansa da, Türkiyə çempionu “Beşiktaş” olub.