PSV Eyndhoven klubunun hücumçusu Kodi Qakpo qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədə yazıb.
Mənbənin məlumatına görə, 23 yaşlı hollandiyalı futbolçu artıq Britaniya klubuna keçmək niyyətində olduğunu açıqlayıb. Qakpo transferi “Mançester Yunayted”ə 60 milyon avroya başa gələ bilər. Transferin qiyməti “Transfermarkt” portalı tərəfindən eyni məbləğdə dəyərləndirilir.
Daha əvvəl bildirilmişdi ki, PSV bu transferdən 75 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.
Bu mövsüm futbolçu PSV-nin heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib. Dünya çempionatında hücumçu beş oyunda üç qol vurub.