Qadın futbolçu həmkarını bir yumruqla yerə sərdi
05 iyun 2024 16:22 (UTC +04:00)

Qadın futbolçu həmkarını bir yumruqla yerə sərdi

Konqo qadın milli futbol komandasının hücumçusu Rut Kipoyi yoldaşlıq oyunu zamanı Mərakeş millisinin futbolçusu Yasmine Mrabeti vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, epizodların birində konqolu futbolçu qaydaları kobud şəkildə pozub və buna görə birbaşa qırmızı vərəqə alıb. Mərakeşli qadınlar iddia irəli sürmək üçün onun yanına qaçıblar. Bu zaman Kipoyi qarşı tərəfin futbolçusu Mrabetə yumruq zərbəsivurub. Nəticədə qadın futbolçu yerə yıxılıb.

Qazondan qalxan Mrabet Kipoyi ilə hesablaşmanı davam etdirməyə çalışsa da, qarşılaşma iştirakçıları tərəfindən kütləvi davanın qarşısı alınıb. Etdiyi əmələ görə, afrikalı futbolçu uzun müddət diskvalifikasiya ilə üzləşib. Görüş Mərakeş yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Oxşar yazılar