Rud van Nistelroy PSV-nin baş məşqçisi postunu tərk edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, PSV-nin mətbuat xidmətinin məlumatına görə, bu gün səhər van Nistelroy rəhbərliyə komandadan ayrıldığını deyib.
Son həftələrdə məşqçi və klub rəhbərliyi bir neçə görüş keçirib. Ötən gecə van Nistelroy idarə heyətinin üzvləri ilə görüşüb. Bu zaman əsas diqqətin AZ “Alkmar” ilə bazar günü baş tutacaq çempionatın son turunun oyununa hazırlığa yönəldilməsi və mövsüm başa çatdıqdan sonra gələcəklə bağlı danışıqların davam etdirilməsi qərara alınıb.
Bununla belə, van Nistelroy bu səhər deyib ki, o, məşqçi olaraq qalmaq üçün klub daxilində kifayət qədər dəstək almır. O, dərhal futbolçulara və məşqçi heyətinə gedəcəyini açıqlayıb.
Bazar günü PSV-yə Fred Ryutten rəhbərlik edəcək.
Bu mövsüm Ruudun rəhbərliyi ilə PSV Hollandiya Kubokunu və Superkubokunu qazanıb. Komanda ölkə çempionatında 2-ci yerdədir.