PSJ Zidanı  şirnikləndirmək üçün  görün nə təklif edir?
01 iyun 2022 16:23 (UTC +04:00)

PSJ Zidanı şirnikləndirmək üçün görün nə təklif edir?

PSJ yaxın vaxtlarda baş məşqçisini dəyişə bilər. Üstəlik, mətbuatda yayılan məlumatlara görə, Paris klubu  artıq baş məşqçi postu üçün prioritet namizədi müəyyən edib - bu, Zinəddin Zidandır.

Lent.az bildirir ki, “Sportmediasetİn xəbərinə görə, Parisdə Çempionlar Liqasının finalı zamanı fransalı mütəxəssis Liqa 1-in çempionunun prezidenti Nasser Al-Helaifi ilə görüşüb.

Parislilərin sahibləri Zizunun kluba rəhbərlik etməsini çox istəyirlər. Eyni zamanda, mütəxəssisin özü isə bunu istəmir. Məsələ burasındadır ki, Zidan hazırda Madriddə yaşayır, bura çox xoşuna gəlir və Fransaya qayıtmaq istəmir.

Buna görə də PSJ-nin bossları böyük maaşla məşqçini şirnikləndirməyə qərar veriblər. Zinəddin Fransa nəhənginə rəhbərlik etməyə razılıq versə, ona ildə 25 milyon avro maaş veriləcək. Hazırda ən çox maaş alan mütəxəssis ildə 24 milyon qazanan Dieqo Simeonedir.

Lakin belə səxavətli təklif belə mütəxəssisin qərarını dəyişməyib. Jurnalistlərin fikrincə, hazırda Zidanı maraqlandıran yeganə iş Fransa millisinin baş məşqçi postudur. Bu ona Madriddə yaşamağa və yalnız millinin oyunu zamanı Parisə qayıtmağa imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar