“PSJ”nin hücumçusu Kilian Mbappe hələ də klub rəhbərliyi ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Paris klubu 24 yaşlı futbolçunu azad agent kimi PSJ-dən getməməyə bir daha inandırmağa çalışıb. Fransız klubu Kiliana 2024-cü ilin yayında satmaq öhdəliyi ilə yeni müqavilə təklif edir. Mbappe imtina edib.
Daha əvvəl mətbuatda hücumçunun Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışından kənarlaşdırıldığı barədə xəbərlər yayılmışdı.
Mbappe ötən mövsüm 34 oyun keçirib, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.