PSJ Mbappeyə vaxt verdi: İyulun 31-dək...
07 iyul 2023 07:08 (UTC +04:00)

PSJ Mbappeyə vaxt verdi: İyulun 31-dək...

PSJ kluub fransalı hücumçu Kilian Mbappeyə ultimatum göndərib.

Lent.az xəbər verir ki, bu barədə Sky Sports” məlumat yayıb.

Klub bildirib ki, o, iyulun 31-ə qədər gələcəyi ilə bağlı qərar verməlidir. 

Mənbənin məlumatına görə, Paris klubu futbolçudan müqavilənin ən azı 2025-ci ilə qədər uzadılmasını tələb edir.

Mbappe yeni müqavilə imzalamaqdan imtina edərsə, PSJ onu satacaq.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir və daha bir il uzadılma imkanı var.

İyulun 5-də "L'Équipe" nəşri PSJ-nin futbolçu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmədiyini yazıb.

"Marca"nın daha əvvəl iddia etdiyi kimi, Mbappenin anası, oyunçunun agenti olan Faiza Lamari artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib.

Mbappeyə əsas namizəd Real Madriddir. Jurnalist Nikolo Şira öz "Twitter" səhifəsində yazıb ki, "Real Madrid" hücumçuya ildə 50 milyon avro və bonuslar ödəyəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar