PSJ Mbappeyə 55 milyon avro ödəməkdən  imtina etdi
25 oktyabr 2024 18:47 (UTC +04:00)

PSJ Mbappeyə 55 milyon avro ödəməkdən imtina etdi

Fransa Peşəkar Futbol Liqası (LFP) oktyabrın 25-də PSJ-nin komandanın sabiq hücumçusu Kilian Mbappenin maaşı və bonusları ilə bağlı müraciətini rədd edib.

PSJ artıq bu qərara əməl etməyəcəklərini bəyan edib. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, klub mübahisəni Fransa Futbol Federasiyası (FFF), Milli Olimpiya Komitəsi və ya əmək məhkəməsi ilə davam etdirə bilər. PSJ buna görə transfer qadağası şəklində liqadan sanksiyalarla üzləşə də bilər.

Mbappe LFP və UEFA-ya müraciət edərək keçmiş komandasından 55 milyon avronun geri alınmasını istəyib. Məbləğə imzalanma bonusunun üçdə biri (36 milyon), müqaviləsində nəzərdə tutulan son üç ayının maaşı və qalan bonuslar daxildir. Sentyabrın 12-də LFP hüquq komitəsi PSJ-yə Mbappeyə 8 gün ərzində 55 milyon avro borcunu ödəməyi əmr edib.

Kilian Mbappe bu yay azad agent kimi PSJ-dən “Real”a keçib. Hücumçu 2017-ci ildən Paris klubunda çıxış edib. Ümumilikdə Mbappe PSJ-nin heyətində 308 oyun keçirib, 256 qol vurub və 108 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 180 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar