Fransanın PSJ klubunun rəhbərliyi Killian Mbappenin başqa kluba keçməyinə razılıq verib.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi yalnız tələb etdiyi məbləğ qarşılığında hücumçusunun keçidinə razı olacaq.
Paris klubu 22 yaşlı forvarda 200 milyon avro qiymət qoyub. Mbappenin müqaviləsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, bir müddət öncə PSJ “Real”ın Killianı almaq istəyini rədd edib.