PSJ-nin hücumçusu Mauro İkardi icarə əsasında çıxış etdiyi "Qalatasaray"dan qayıtdıqdan sonra Fransa klubunda yeni şans qazana bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, PSJ-nin qərarına İkardinin Türkiyədə göstərdiyi uğurlu oyun təsir edib.
29 yaşlı İkardi 2019-cu ilin sentyabrında PSJ-yə keçib. Onun transferi üçün parislilər "İnter"ə 50 milyon avro ödəyib.
Argentinalı futbolçu 2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edir. Türkiyə komandasının heyətində İkardi 13 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib. İkardinin PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatır.