PSJ-dən Neymarın  qərarı ilə bağlı   AÇIQLAMA
28 iyul 2023 12:50 (UTC +04:00)

PSJ-dən Neymarın qərarı ilə bağlı AÇIQLAMA

İyulun 28-də “Le Parisien” xəbər verir ki, PSJ rəhbərliyi hücumçu Neymarla işləməyə davam etməkdən məmnundur.

Lent.az bildirir ki, daha əvvəl braziliyalı başqa kluba keçəcəyi ilə bağlı məlumatı təkzib etmişdi.

Mənbənin sözlərinə görə, Paris klubu Neymarın klubunu dəyişməmək qərarından məmnundur. Rəhbərlik də braziliyalı hücumçunun qarşıdakı mövsüm üçün əhval-ruhiyyəsindən razıdır.

Əlavə edək ki, Neymar 2017-ci ildən Paris klubunda çıxış edir.

Ötən mövsüm braziliyalı bütün yarışlarda 29 oyun keçirib, 18 qol vurub və 17 məhsuldar ötürmə verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar